QR CodeQR Code

ABŞ-ın Suriya əməliyyatlarının rəhbəri Rusiyaya xəbərdarlıq etdi

Deyerler , 25 Aug 2016 18:18

İslamtimes - ABŞ-ın Suriyada keçirdiyi hərbi əməliyyatların yeni rəhbəri Stiven Tausend rəsmi Dəməşq və Moskvaya xəbərdarlıq edib.


Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, Tausend qeyd edib ki, ABŞ Suriyanın şimalında öz xüsusi təyinatlılarını qoruyacaq.

"Biz Rusiyaya mövqelərimiz haqqında məlumat vermişik. Mən yalnız onu deyə bilərəm ki, biz öz xüsusi təyinatlılarımızı qoruyacayıq. Biz təhlükə hiss edən kimi, bunu edəcəyik", - deyə o bildirib.

Qeyd edək ki, ABŞ rəsmi Dəməşq hökümətinin icazəsi olmadan Suriya ərazisinə hərbi müdaxilə edib.


Story Code: 563170

News Link :
https://www.islamtimes.org/az/news/563170/abş-ın-suriya-əməliyyatlarının-rəhbəri-rusiyaya-xəbərdarlıq-etdi

Islam Times
  https://www.islamtimes.org