0
Thursday 25 August 2016 - 18:18

ABŞ-ın Suriya əməliyyatlarının rəhbəri Rusiyaya xəbərdarlıq etdi

Story Code : 563170
ABŞ-ın Suriya əməliyyatlarının rəhbəri Rusiyaya xəbərdarlıq etdi
Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, Tausend qeyd edib ki, ABŞ Suriyanın şimalında öz xüsusi təyinatlılarını qoruyacaq.

"Biz Rusiyaya mövqelərimiz haqqında məlumat vermişik. Mən yalnız onu deyə bilərəm ki, biz öz xüsusi təyinatlılarımızı qoruyacayıq. Biz təhlükə hiss edən kimi, bunu edəcəyik", - deyə o bildirib.

Qeyd edək ki, ABŞ rəsmi Dəməşq hökümətinin icazəsi olmadan Suriya ərazisinə hərbi müdaxilə edib.
Source : Deyerler
Comment