QR CodeQR Code

Zərdüşt Əlizadə: “Sionist rejimi qarışıqlıqdan istifadə edib Həmasa və Hizbullaha zərbələr endirir”

Deyerler , 15 Sep 2016 08:17

Islamtimes - Son vaxtlarda sionist rejimi Suriya ərazilərini bombalamaqda fəallıq nümayiş etdirir. Belə ki, Suriyada tərəflər arasında atəşkəs əldə olunduğu bir vaxtda sionist İsrail rejimi fəal tərzdə zərbələr endirir.


Ekspertlərin fikrincə bu fəallığın fonunda rejimin mənfur hədəfləri dayanır. Bu arada, Suriya tərəfi sionist İsrail rejiminin təyyarəsinin vurulduğunu da qeyd edib.

Politoloq Zərdüşt Əlizadə Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, Suriyada tam ortaq məxrəcə gəlib ümumi bir iş görmək qeyri-mümkündür: “Suriyada müxtəlif ölkələr öz maraqlarını təmin etməyə çalışır. Bu baxımdan Suriyada tam ortaq məxrəcə gəlib ümumi bir iş görmək qeyri-mümkündür. Ümumi problemin hansısa bir hissəsində əməkdaşlıq edilir, amma başqa mərhələsində fikir ayrılıqları yaranır. Ortada isə Suriya dövləti və xalqı qalır. Ölkə kimlərinsə maraqlarının toqquşduğu meydana çevrilib. Suriyaya daxil olan ölkələrin bəziləri Rusiya kimi rəsmi Dəməşqdən icazə ilə iş görür, digəri isə beynəlxalq terrorla mübarizə adı ilə ölkəyə soxulur və maraqlarını təmin edir. Ümumiyyətlə isə hər bir oyunçu öz maraqlarını güdür. Burada sionist İsrail rejiminin də öz maraqları var. Sionist İsrail rejimi Suriyadakı qarışıqlıqdan istifadə edib, Həmasa və Hizbullaha zərbələr endirir”.


Story Code: 567409

News Link :
https://www.islamtimes.org/az/news/567409/zərdüşt-əlizadə-sionist-rejimi-qarışıqlıqdan-istifadə-edib-həmasa-və-hizbullaha-zərbələr-endirir

Islam Times
  https://www.islamtimes.org