QR CodeQR Code

İran ABŞ-ı Liviyaya hərbi qüvvə yeritməməyə çağırıb

3 Mar 2011 08:18

IslamTimes - İran prezidenti Mahmud Əhmədinejad Birləşmiş Ştatları Liviyaya hərbi qüvvə yeritməməyə çağırıb və belə bir addımın orada ABŞ əsgərlərinə məzarlığın yaranmasına səbəb olacağını deyib


Əhmədinejad dünən İranın Lorestan vilayətində çıxış edib. İran prezidenti növbəti müdaxilənin on il bundan əvvəl prezident Corc Buşun İraq və Əfqanıstana müdaxiləsi kimi olmayacağını, hal-hazırda vəziyyətin tamamilə başqa olduğunu deyib. Əhmədinejad deyib ki, Qərb öz hərbi qüvvələrini regiona yönəldərsə, Şimali Afrika və Yaxın Şərq belə bir addıma qarşı mübarizəyə qalxacaq. Mahmud Əhmədinejad eləcə də Birləşmiş Ştatlar hökumətini regionda diktatorları dəstəkləməkdə ittiham edib.


Story Code: 57265

News Link :
https://www.islamtimes.org/az/news/57265/iran-abş-ı-liviyaya-hərbi-qüvvə-yeritməməyə-çağırıb

Islam Times
  https://www.islamtimes.org