QR CodeQR Code

Bakıda mağaza sahibi güllələnərək öldürülüb

5 Oct 2016 11:19

IslamTimes - Bakıda qətl törədilib. Hadisə Binə qəsəbəsində yerləşən mağazalardan birində qeydə alınıb.


Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 38 yaşlı Rauf Cəbrayılov aralarında yaranmış münaqişə zəminində mağazanın sahibi, 47 yaşlı Zakir Məcidovu güllələyib. Nəticədə Z. Məcidov aldığı xəsarətdən hadisə yerində keçinib.
Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətli törədən R. Cəbrayılov saxlanılıb. Ondan hadisədə istifadə etdiyi ov tüfəngi götürülüb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.


Story Code: 572944

News Link :
https://www.islamtimes.org/az/news/572944/bakıda-mağaza-sahibi-güllələnərək-öldürülüb

Islam Times
  https://www.islamtimes.org