0
Wednesday 5 October 2016 - 11:19

Bakıda mağaza sahibi güllələnərək öldürülüb

Story Code : 572944
Bakıda mağaza sahibi güllələnərək öldürülüb
Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 38 yaşlı Rauf Cəbrayılov aralarında yaranmış münaqişə zəminində mağazanın sahibi, 47 yaşlı Zakir Məcidovu güllələyib. Nəticədə Z. Məcidov aldığı xəsarətdən hadisə yerində keçinib.
Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətli törədən R. Cəbrayılov saxlanılıb. Ondan hadisədə istifadə etdiyi ov tüfəngi götürülüb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Comment