QR CodeQR Code

İran və Türkiyə Liviyaya hərbi müdaxilənin əleyhinədir

4 Mar 2011 09:43

IslamTimes - İran və Türkiyənin liderləri Liviyaya xarici müdaxilənin əleyhinə çıxış etdilər


İran prezidenti Mahmud Əhmədinejad xəbərdarlıq edib ki, Amerika Birləşmiş Ştatları Liviyaya qoşun göndərsə, öz əsgərlərinə məzarlıq yaratmış olacaq.
O bildirib ki, prezident Buşun vaxtıyla müqayisədə indiki dövr fərqlidir.
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan ölkəsinin Liviyanın daxili problemlərinə müdaxiləni dəstəkləmədiyini təsdiq edib.
Erdoğan deyib ki, Liviyanın taleyini kənardan heç kim müəyyən edə bilməz.
Baş nazir əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının Liviyaya qarşı qəbul etdiyi qətnamə böyük dövlətlərin iradəsinin ifadəsidir və Şuranın digər üzvlərinin qərarı deyil.


Story Code: 57450

News Link :
https://www.islamtimes.org/az/news/57450/iran-və-türkiyə-liviyaya-hərbi-müdaxilənin-əleyhinədir

Islam Times
  https://www.islamtimes.org