QR CodeQR Code

İran Yəmənə hərbi gəmilərini göndərir

İslamazeri , 13 Oct 2016 22:49

Islamtimes - İran gəmiləri müvafiq əmrləri iki həftə öncə alıblar.


İslamazeri.az-ın "Tasnim"-ə istinadən verdiyi xəbərə əsasən, İran iki hərbi gəmisini Yəmən sahilinin yaxınlığında yerləşən Ədən körfəzi və Bab əl-Məndəb boğazı sularına göndərib. Gəmilər orada ticarət gəmilərinin hərəkətlərinin təhlükəsizliyini təmin edəcək.

Qrup "Buşer" adlı təminat gəmisi və "Əlvənd" adlı freqatdan ibarət olacaq.

İlk öncə onlar Ədən körfəzi və Bab əl-Məndəb boğazının azad sularına gedəcək və müəyyən müddət ərzində bu ərazidən keçən və dəniz quldurları tərəfindən daimi təhlükə altında olan ticarət gəmilərini qoruyacaqlar.

Bundan sonra gəmilər Somali və Tanzaniya tərəfə yola düşəcəklər. Normal hava şəraitində isə Cənubi Afrika Respublikası tərəfə üzəcəklər.

Qeyd edilir ki, İran gəmiləri müvafiq əmrləri iki həftə öncə alıblar.


Story Code: 575245

News Link :
https://www.islamtimes.org/az/news/575245/iran-yəmənə-hərbi-gəmilərini-göndərir

Islam Times
  https://www.islamtimes.org