QR CodeQR Code

Böyük Britaniyada Əfqanıstan müharibəsinə dair kitab qadağan olunub

APA , 5 Mar 2011 10:02

IslamTimes - Böyük Britaniya müdafiə nazirliyi Əfqanıstandakı müharibəni tənqid edən kitabın satışına imkan verməyib


«Ölülərin dirilməsi» və yaxud «Qurbanların sayının artması» kimi tərcümə oluna biləcək kitabın 24 min nüsxəsini alan nazirlik onu məhv etməyə hazırlaşır.
Kitab yazılarkən müdafiə nazirliyi tərəfindən ciddi senzuraya məruz qalıb. Nəhayət onun nəşrinə icazə verən nazirlik sonradan mətndə «Britaniya hərbçiləri və onların ailələrinin həyatını» təhlükə altına qoya biləcək abzasın qaldığın aşkar edib.
Kitab həmin abzaslar çıxarıldıqdan sonra yenidən nəşr ediləcək. Kitabın müəllifi
Telegraph qəzetinin əməkdaşı Tobi Harden onu iki il əvvəl Əfqanıstan Gilmənd əyalətində keçirilmiş döyüşlərə həsr edib.


Story Code: 57581

News Link :
https://www.islamtimes.org/az/news/57581/böyük-britaniyada-əfqanıstan-müharibəsinə-dair-kitab-qadağan-olunub

Islam Times
  https://www.islamtimes.org