0
Saturday 5 March 2011 - 10:02

Böyük Britaniyada Əfqanıstan müharibəsinə dair kitab qadağan olunub

Story Code : 57581
Böyük Britaniya - Əfqanıstan müharibəsi
Böyük Britaniya - Əfqanıstan müharibəsi
«Ölülərin dirilməsi» və yaxud «Qurbanların sayının artması» kimi tərcümə oluna biləcək kitabın 24 min nüsxəsini alan nazirlik onu məhv etməyə hazırlaşır.
Kitab yazılarkən müdafiə nazirliyi tərəfindən ciddi senzuraya məruz qalıb. Nəhayət onun nəşrinə icazə verən nazirlik sonradan mətndə «Britaniya hərbçiləri və onların ailələrinin həyatını» təhlükə altına qoya biləcək abzasın qaldığın aşkar edib.
Kitab həmin abzaslar çıxarıldıqdan sonra yenidən nəşr ediləcək. Kitabın müəllifi
Telegraph qəzetinin əməkdaşı Tobi Harden onu iki il əvvəl Əfqanıstan Gilmənd əyalətində keçirilmiş döyüşlərə həsr edib.
Source : APA
Comment