QR CodeQR Code

Meksikalı maqnat Trampın qələbəsindən sonra 5,1 mlrd. dollar itirib

10 Nov 2016 11:37

IslamTimes - Dünyanın 5-ci ən varlı insanı Karlos Slim Donald Trampın prezident seçkilərindəki qələbəsi səbəbindən 5,1 mlrd. dollar itirib.


"APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, meksikalı mediamaqnat Meksika pesosunun dollara qarşı 12% ucuzlaşmasından sonra sərvətinin 9,2%-ni itirib. "Bloomberg Billioners" indeksinə əsasən, seçkilərin nəticəsi elan olunduqdan sonra K. Slimin sərvəti 41 mlrd. dollaradək azalıb. Seçkilərədək dünyanın 5-ci ən zəngin insanı olan meksikalı D. Trampın qələbəsinin ardından 8-ci pilləyədək geriləyib. Hazırda onun sərvəti 49,2 mlrd. dollar həcmində dəyərləndirilir. Qeyd edək ki, K. Slim Hillari Klintonun tərəfdarı olub.


Story Code: 582579

News Link :
https://www.islamtimes.org/az/news/582579/meksikalı-maqnat-trampın-qələbəsindən-sonra-5-1-mlrd-dollar-itirib

Islam Times
  https://www.islamtimes.org