0
Thursday 10 November 2016 - 11:37

Meksikalı maqnat Trampın qələbəsindən sonra 5,1 mlrd. dollar itirib

Story Code : 582579
Meksikalı maqnat Trampın qələbəsindən sonra 5,1 mlrd. dollar itirib
"APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, meksikalı mediamaqnat Meksika pesosunun dollara qarşı 12% ucuzlaşmasından sonra sərvətinin 9,2%-ni itirib. "Bloomberg Billioners" indeksinə əsasən, seçkilərin nəticəsi elan olunduqdan sonra K. Slimin sərvəti 41 mlrd. dollaradək azalıb. Seçkilərədək dünyanın 5-ci ən zəngin insanı olan meksikalı D. Trampın qələbəsinin ardından 8-ci pilləyədək geriləyib. Hazırda onun sərvəti 49,2 mlrd. dollar həcmində dəyərləndirilir. Qeyd edək ki, K. Slim Hillari Klintonun tərəfdarı olub.
Comment