QR CodeQR Code

Liviya üsyançıları neft ixracı limanını geri qaytarıblar

15 Mar 2011 06:50

IslamTimes - Liviya üsyançıları şiddətli döyüşlərdən sonra Marsa-əl-Breqa neft ixracı limanını geri qaytarıbla


Qəzzafinin qoşunları səhraya doğru geri çəkiliblər. Qonşuluqdakı Əl-Ukayla şəhəri də azad edilib.

«Əl-Cəzirə» telekanalının məlumatına görə, general Əbdül Fəttah Yunisin başçılıq etdiyi Keçid milli şurasının qoşunları düşməndən ələ keçirdikləri hərbi texnikanın köməyilə sürətli əks-hücum təşkil ediblər. Onlarla liviyalı döyüşçü mühasirəyə düşərək təslim olublar.

Üsyançılar strateji Ras-Lanuf limanına da hücuma hazırlaşırlar. Ölkənin qərbində Qəzzafinin qoşunları Misurata şəhərini mühasirəyə alıblar. Şəhərdə ərzaq və dərman çatışmır. Üsyançılar Əz-Zaviyə şəhərində də müqavimət göstərirlər. /apa/


Story Code: 59563

News Link :
https://www.islamtimes.org/az/news/59563/liviya-üsyançıları-neft-ixracı-limanını-geri-qaytarıblar

Islam Times
  https://www.islamtimes.org