0
Tuesday 15 March 2011 - 06:50

Liviya üsyançıları neft ixracı limanını geri qaytarıblar

Story Code : 59563
Liviya üsyançıları neft ixracı limanını geri qaytarıblar
Liviya üsyançıları neft ixracı limanını geri qaytarıblar
Qəzzafinin qoşunları səhraya doğru geri çəkiliblər. Qonşuluqdakı Əl-Ukayla şəhəri də azad edilib.

«Əl-Cəzirə» telekanalının məlumatına görə, general Əbdül Fəttah Yunisin başçılıq etdiyi Keçid milli şurasının qoşunları düşməndən ələ keçirdikləri hərbi texnikanın köməyilə sürətli əks-hücum təşkil ediblər. Onlarla liviyalı döyüşçü mühasirəyə düşərək təslim olublar.

Üsyançılar strateji Ras-Lanuf limanına da hücuma hazırlaşırlar. Ölkənin qərbində Qəzzafinin qoşunları Misurata şəhərini mühasirəyə alıblar. Şəhərdə ərzaq və dərman çatışmır. Üsyançılar Əz-Zaviyə şəhərində də müqavimət göstərirlər. /apa/
Comment