QR CodeQR Code

Qum tələbələri gömrükdə saxlanılıb

16 Mar 2011 13:39

IslamTimes - Ötən gün Qumdan yola düşən və bu gün səhər Astara gömrük-keçid məntəqəsindən Azərbaycan Respublikasına keçmək istəyən 30-a yaxın ruhani-tələbə gömrük polisi tərəfindən saxlanılıb


HaqqYoluXeber-in Astara müxbiri Ramiz Mehdinin verdiyi məlumata əsasən, ötən gün Qumdan yola düşən və bu gün səhər Astara gömrük-keçid məntəqəsindən Azərbaycan Respublikasına keçmək istəyən 30-a yaxın ruhani-tələbə gömrük polisi tərəfindən saxlanılıb. Novruz bayramı münasibətlə tətili vətəndə keçirmək qərarına gəlmiş ruhani-tələbələrin ailələri məntəqədən buraxılıb, özləri isə məntəqədə saxlanılıb. Hazırda tələbələrin valideynləri və yaxınları Astara gömrük məntəqəsində toplanıb və ciddi gərginlik yaşanmaqdadır. Valideynlərə onların övladlarının saxlanması ilə bağlı heç bir izahat verilmir. Tələbələr arasında 4 Gürcüstan vətəndaşı var.


Story Code: 59880

News Link :
https://www.islamtimes.org/az/news/59880/qum-tələbələri-gömrükdə-saxlanılıb

Islam Times
  https://www.islamtimes.org