QR CodeQR Code

İraq Türkiyəyə neft ixracını dayandırdı

Axar , 18 Jan 2017 16:28

Islamtimes - İraq Kərkükdən Türkiyəyə neft ixracını dayandırıb.


Axar.az xəbər verir ki, bu barədə Kərkük Vilayət Məclisinin neft və enerji komissiyasının rəhbəri Əhməd Əsgəri məlumat verib.
Onun sözlərinə görə, ixracat Türkiyənin tələbindən sonra dayandırılıb:

“Gündəlik 105 min barrel olan neft ixracı dünəndən etibarən dayandırılıb. Türkiyə tərəfi texniki problem olduğunu deyib. Bunun nə qədər doğru olduğunu bilmirik”.

Əsgəri Kərkükdə neft istehsalının davam etdiyini qeyd edib:

“Kərkük nefti Kürdüstan neft boru xətti vasitəsilə ixrac edilir. Bu səbəbdən neft ixracatı tamamilə dayandırıla bilər”.


Story Code: 601336

News Link :
https://www.islamtimes.org/az/news/601336/iraq-türkiyəyə-neft-ixracını-dayandırdı

Islam Times
  https://www.islamtimes.org