0
Wednesday 18 January 2017 - 16:28

İraq Türkiyəyə neft ixracını dayandırdı

Story Code : 601336
İraq Türkiyəyə neft ixracını dayandırdı
Axar.az xəbər verir ki, bu barədə Kərkük Vilayət Məclisinin neft və enerji komissiyasının rəhbəri Əhməd Əsgəri məlumat verib.
Onun sözlərinə görə, ixracat Türkiyənin tələbindən sonra dayandırılıb:

“Gündəlik 105 min barrel olan neft ixracı dünəndən etibarən dayandırılıb. Türkiyə tərəfi texniki problem olduğunu deyib. Bunun nə qədər doğru olduğunu bilmirik”.

Əsgəri Kərkükdə neft istehsalının davam etdiyini qeyd edib:

“Kərkük nefti Kürdüstan neft boru xətti vasitəsilə ixrac edilir. Bu səbəbdən neft ixracatı tamamilə dayandırıla bilər”.
Source : Axar
Comment