QR CodeQR Code

Bəhreynə silahlı qüvvə yeritmək ABŞ-ın çirkin siyasətidir

IslamTimes , 18 Mar 2011 09:13

Translator :

İslamtimes - ABŞ sionist rejimi xilas etməyə çalışır .


islamtimes.org/az/ - İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad, Bahreynə silahlı qüvvə göndərmək siyasətinin çirkin və daha öncə də məğlubiyyətə uğramış bir təcrübə olduğunu və region xalqlarının bu hərəkəti ABŞ-ın növbəti çirkin siyasəti kimi dəyərləndirdiyini bildirdi.

Əhmədinejad, nazirlər kabinetində yığıncağı zamanı verdiyi açıqlamada , ABŞ-ın sionist rejimi xilas etməyə çalışdığını və xalqların qiyamını boğmaq məqsədini güddüyünü , bunun üçün bəzi dövlətləri dəstəklədiyini söylədi.

Əhmədinejad, qətllərin ABŞ-ın anlına sürtülmüş quru bir ləkə olduğunu və bölgə xalqlarının bunu unutmayacaqlarını vurğuladı.

Əhmədinejad, Bəhreyndəki etirazçılara sərt müdaxiləsinin "yersiz və kompensasiyası qeyri-mümkün" olduğunu söylədi.

O həmçinin "Bu gün Bəhreyndəki xalqın əksəriyyətinə tətbiq olunan təzyiqə şahid oluruq. Top və tüfəng istifadə edirlər. Olanlar pis, yersiz və kompensasiyası qeyri-mümkündür" deyərək buna sərt etirazını bildirdi.


Story Code: 60228

News Link :
https://www.islamtimes.org/az/news/60228/bəhreynə-silahlı-qüvvə-yeritmək-abş-ın-çirkin-siyasətidir

Islam Times
  https://www.islamtimes.org