QR CodeQR Code

Rusiya, Türkiyə və İran birgə əməliyyat qrupunun yaradılmasına dair razılığa gəliblər

24 Jan 2017 23:10

IslamTimes - Rusiya, Türkiyə və İran fevralda Astanada fəaliyyətə başlayacaq birgə əməliyyat qrupunun yaradılmasına dair razılığa gəliblər.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.
“Bu qrupun vəzifəsi atəşkəs rejiminə əməl olunmasına nəzarət və hər-hansı pozuntuya yol verilməməsi kimi məsələləri əhatə edəcək”, - deyə o jurnalistlərə bildirib.
Lavrentyevin sözlərinə görə, “zərurət yarandıqda, əməliyyat qrupunun işinə həm Suriya Silahlı Qüvvələrinin, həm də silahlı müxalifətin nümayəndələri cəlb olunacaqlar”.   
“Düşünürəm ki, bu atəşkəs rejiminin möhkəmləndirilməsinə yardım edəcək”, - deyə Lavrentyev  qeyd edib.


Story Code: 603255

News Link :
https://www.islamtimes.org/az/news/603255/rusiya-türkiyə-və-iran-birgə-əməliyyat-qrupunun-yaradılmasına-dair-razılığa-gəliblər

Islam Times
  https://www.islamtimes.org