QR CodeQR Code

İraqın könüllü xalq qüvvələri Tikrit-Mosul yoluda genişmiqyaslı əməliyyata başladı

Deyerler , 25 Jan 2017 15:03

Islamtimes - İraqın Əl-Haşduş Şəbi könüllü xalq qüvvələri Tikrit-Mosul yolu üzərində genişmiqyaslı bir əməliyyata başlayıb.


Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, Əl-Mənar televiziyasının xəbərinə əsasən, Əl-Haşduş Şəbi qüvvələri Şirkat bölgəsinin şimalı və şimal-şərqi ilə Tikrit-Mosul magistral yolunu İŞİD-in işğalından azad etmək üçün genişmiqyaslı bir əməliyyata start verib. Əl-Haşduş Şəbidən əməliyyatla bağlı verilən açıqlamada, Tikrit-Mosul yolu üzərindəki Cabir Huvəydi, Hindi, İdmanə və Feyyad Sələc kəndlərində nəzarətin bərpa olunduğu bildirilib.

Əl-Haşduş Şəbi qüvvələrinin sözçüsü Əhməd Əl-Əsədi başlanılan əməliyyatın hədəfinin Məqhul dağları ilə Hac Əli kəndi arasındakı Tikrit-Mosul magistral yolunun təhlükəsizliyini təmin etməkdən ibarət olduğunu söyləyib.


Story Code: 603398

News Link :
https://www.islamtimes.org/az/news/603398/iraqın-könüllü-xalq-qüvvələri-tikrit-mosul-yoluda-genişmiqyaslı-əməliyyata-başladı

Islam Times
  https://www.islamtimes.org