0
Wednesday 25 January 2017 - 15:03

İraqın könüllü xalq qüvvələri Tikrit-Mosul yoluda genişmiqyaslı əməliyyata başladı

Story Code : 603398
İraqın könüllü xalq qüvvələri Tikrit-Mosul yoluda genişmiqyaslı əməliyyata başladı
Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, Əl-Mənar televiziyasının xəbərinə əsasən, Əl-Haşduş Şəbi qüvvələri Şirkat bölgəsinin şimalı və şimal-şərqi ilə Tikrit-Mosul magistral yolunu İŞİD-in işğalından azad etmək üçün genişmiqyaslı bir əməliyyata start verib. Əl-Haşduş Şəbidən əməliyyatla bağlı verilən açıqlamada, Tikrit-Mosul yolu üzərindəki Cabir Huvəydi, Hindi, İdmanə və Feyyad Sələc kəndlərində nəzarətin bərpa olunduğu bildirilib.

Əl-Haşduş Şəbi qüvvələrinin sözçüsü Əhməd Əl-Əsədi başlanılan əməliyyatın hədəfinin Məqhul dağları ilə Hac Əli kəndi arasındakı Tikrit-Mosul magistral yolunun təhlükəsizliyini təmin etməkdən ibarət olduğunu söyləyib.
Source : Deyerler
Comment