QR CodeQR Code

Suriyanın Fuə və Kəfərya şəhərciklərinin əhalisi qıtlıqdan ot yeməyə başlayıb

İslamazeri , 17 Mar 2017 14:21

Islamtimes - Bazar və evlərdə qidaların tükənməsi əhalinin otlara üz tutmasına səbəb olub...


İslamazeri.az-ın “Al Alam”-a istinadən verdiyi xəbərə əsasən, Suriyanın Fuə və Kəfərya şəhərciklərinin əhalisi ot yeməyə başlayıblar. Şəhərciklərin mühasirəsinin davam etməsi səbəbiylə əhali yemək və dərman qıtlığıyla üzləşib.

Bazar və evlərdə qidaların tükənməsi əhalinin otlara üz tutmasına səbəb olub.

Bölgədə olan jurnalist Cəmil Şeyx bu barədə bildirib: “3 ilə yaxındır ki, bu 2 şəhərcik mühasirədədir. 14 aydır ki, şəhərciklərə qida məhsulları daxil olmur. Bu səbəbdən əhali çox sayda problemlərlə üzləşib və aclıq səbəbiylə ölümə bənzər abu-hava hökm sürür.”


Story Code: 619067

News Link :
https://www.islamtimes.org/az/news/619067/suriyanın-fuə-və-kəfərya-şəhərciklərinin-əhalisi-qıtlıqdan-ot-yeməyə-başlayıb

Islam Times
  https://www.islamtimes.org