0
Friday 17 March 2017 - 14:21

Suriyanın Fuə və Kəfərya şəhərciklərinin əhalisi qıtlıqdan ot yeməyə başlayıb

Story Code : 619067
Suriyanın Fuə və Kəfərya şəhərciklərinin əhalisi qıtlıqdan ot yeməyə başlayıb
İslamazeri.az-ın “Al Alam”-a istinadən verdiyi xəbərə əsasən, Suriyanın Fuə və Kəfərya şəhərciklərinin əhalisi ot yeməyə başlayıblar. Şəhərciklərin mühasirəsinin davam etməsi səbəbiylə əhali yemək və dərman qıtlığıyla üzləşib.

Bazar və evlərdə qidaların tükənməsi əhalinin otlara üz tutmasına səbəb olub.

Bölgədə olan jurnalist Cəmil Şeyx bu barədə bildirib: “3 ilə yaxındır ki, bu 2 şəhərcik mühasirədədir. 14 aydır ki, şəhərciklərə qida məhsulları daxil olmur. Bu səbəbdən əhali çox sayda problemlərlə üzləşib və aclıq səbəbiylə ölümə bənzər abu-hava hökm sürür.”
Source : İslamazeri
Comment