QR CodeQR Code

Yəmən diktatoru Ərəbistandan sığınacaq istədi

29 Mar 2011 00:31

IslamTimes - Ordu komandirlərinin qiyamçı xalqa qoşulması və qəbilələrin Əli Abdullah Salehə qarşı çıxması onu Ərəbistandan sığınacaq istəməyə vadar edib


"IslamTimes" Ərəbistan kütləvi informasiya agentliklərinə istinadən xəbər verir ki, hazırda Küveytdə olan Ərəbistan diplomatı Əli Abdullah Salehin Ərəbistandan sığınacaq istəməsi xəbərini təsdiqləyib. Bu diplomat Yəmən prezidentinin Riyazdakı səlahiyyətlilərlə əlaqə saxladığını bildirib.

Salehin əlaqə saxladığı şəxslər arasında Məlik Abdullah və baş nazirin ikinci müavini Nayef ibn Əbdül-Əzizin də olduğu bildirilir.

Yəməndə ordu komandirlərinin qiyamçı xalqa qoşulması və qəbilələrin Əli Abdullah Salehə qarşı çıxması onu Ərəbistandan sığınacaq istəməyə vadar edib. Əli Abdullah Saleh 32 ildir ki, Yəməndə hakimiyyət başındadır.


Story Code: 61990

News Link :
https://www.islamtimes.org/az/news/61990/yəmən-diktatoru-ərəbistandan-sığınacaq-istədi

Islam Times
  https://www.islamtimes.org