0
Tuesday 29 March 2011 - 00:31

Yəmən diktatoru Ərəbistandan sığınacaq istədi

Story Code : 61990
Yəmən diktatoru Ərəbistandan sığınacaq istədi
Yəmən diktatoru Ərəbistandan sığınacaq istədi
"IslamTimes" Ərəbistan kütləvi informasiya agentliklərinə istinadən xəbər verir ki, hazırda Küveytdə olan Ərəbistan diplomatı Əli Abdullah Salehin Ərəbistandan sığınacaq istəməsi xəbərini təsdiqləyib. Bu diplomat Yəmən prezidentinin Riyazdakı səlahiyyətlilərlə əlaqə saxladığını bildirib.

Salehin əlaqə saxladığı şəxslər arasında Məlik Abdullah və baş nazirin ikinci müavini Nayef ibn Əbdül-Əzizin də olduğu bildirilir.

Yəməndə ordu komandirlərinin qiyamçı xalqa qoşulması və qəbilələrin Əli Abdullah Salehə qarşı çıxması onu Ərəbistandan sığınacaq istəməyə vadar edib. Əli Abdullah Saleh 32 ildir ki, Yəməndə hakimiyyət başındadır.
Comment