QR CodeQR Code

Seyid İbrahim Rəisi prezident seçkilərində iştirak edəcək

İslamazeri , 7 Apr 2017 11:06

İslamtimes - Höccətül-islam Seyid İbrahim Rəisi İranın prezident seçkilərində iştirak edəcəyini bildirib


İslamazeri.com-un “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, bu gün “İslam İnqilabı Qüvvələrinin Xalq Cəbhəsi”nin üzvləri İmam Xomeyninin (r) məzarı ətrafında toplaşıb.

Toplantıda, Məşhəd şəhərində zəlzələnin baş verməsi münasibətilə iştirak edə bilməyən höccətül-islam Seyid İbrahim Rəisi öz nümayəndəsini yollayıb.

Rəisinin seçkilərdə iştirak etmək barədə qərar verdiyini deyən nümayəndəsi Sulət Murtəzəvi, yaxın günlərdə platformasını təqdim edəcəyini bildirib.

Qeyd edək ki, İran universitetlərin 60-a yaxın tələbə təşkilatı və birliyi Rəisiyə məktub yazaraq seçkilərdə iştirak etməsini xahiş etmişdilər.


Story Code: 625477

News Link :
https://www.islamtimes.org/az/news/625477/seyid-ibrahim-rəisi-prezident-seçkilərində-iştirak-edəcək

Islam Times
  https://www.islamtimes.org