QR CodeQR Code

Rusiyada sərnişin təyyarəsi qəza enişi edib

27 Apr 2017 10:16

IslamTimes - Rusiyanın “Xabarovsk hava yolları” aviaşirkətinə məxsus təyyarə qəza enişi edib.


APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, “An-26” sərnişin təyyarəsində pilotların kabinəsində şüşə çatlayıb. Bu səbəbdən havaya qalxan təyyarə Xabarovsk hava limanına dönməli olub. Təyyarənin göyərtəsində 30 sərnişin və 5 ekipaj üzvü olub. İnsident nəticəsində zərərçəkən olmayıb. Faktla bağlı araşdırma aparılır.


Story Code: 631261

News Link :
https://www.islamtimes.org/az/news/631261/rusiyada-sərnişin-təyyarəsi-qəza-enişi-edib

Islam Times
  https://www.islamtimes.org