QR CodeQR Code

İndoneziyada Hicab festivalı keçirilir

Maide , 5 May 2017 12:48

İslamtimes - Bu gündən İndoneziyanın Bandunq şəhərində islami geyim və hicab sərgi-festivalı keçirilir.


Maide.info xəbər verir ki, dörd gün münddətində təşkil olunacaq sərgi-festivalda islami hicab və geyim dizaynerləri öz hazırladıqları ən yeni islami geyim modellərini və dizaynlarını təqdim edəcək.

Sərgi-festivalda islami geyim üzrə 110-dan artıq brend öz məhsullarını təqdim edir.

Qeyd edək ki, 2013-cü ildə dünya bazarında müsəlmanların geyim satışının həcmi 266 milyard dollar həcmində olub. İndoneziya İslam ölkələri arasında ən çox əhalisi olan ölkədir.

Bu ölkənin əhalisi 242 milyon nəfər təşkil edir ki, onların 90 faizi müsəlmanlardır.


Story Code: 633656

News Link :
https://www.islamtimes.org/az/news/633656/indoneziyada-hicab-festivalı-keçirilir

Islam Times
  https://www.islamtimes.org