0
Friday 5 May 2017 - 12:48

İndoneziyada Hicab festivalı keçirilir

Story Code : 633656
İndoneziyada Hicab festivalı keçirilir
Maide.info xəbər verir ki, dörd gün münddətində təşkil olunacaq sərgi-festivalda islami hicab və geyim dizaynerləri öz hazırladıqları ən yeni islami geyim modellərini və dizaynlarını təqdim edəcək.

Sərgi-festivalda islami geyim üzrə 110-dan artıq brend öz məhsullarını təqdim edir.

Qeyd edək ki, 2013-cü ildə dünya bazarında müsəlmanların geyim satışının həcmi 266 milyard dollar həcmində olub. İndoneziya İslam ölkələri arasında ən çox əhalisi olan ölkədir.

Bu ölkənin əhalisi 242 milyon nəfər təşkil edir ki, onların 90 faizi müsəlmanlardır.
Source : Maide
Comment