QR CodeQR Code

Trampın adamı terrorçu ilə eyni masada

17 May 2017 15:13

IslamTimes - Brett Makkurkun rəhbərlik etdiyi ABŞ-ın xüsusi nümayəndə heyəti Suriyanın Kobani şəhərində YPG, DSG və Kobani kantonu nümayəndələri ilə görüşüb.


ABŞ prezidenti Donald Trampın İŞİD ilə mübarizə üçün yaradılan koalisiyasındakı xüsusi nümayəndəsi Brett Makkurk terrorçu ilə eyni masada əyləşib. Publika.az xəbər verir ki, nümayəndə heyəti Mosul və Ərbil səfərindən sonra Suriyanın Kobani şəhərini ziyarət edib. Kobaniyə səfər edən Makkurkun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyənin başına 4 milyon lirə mükafat qoyduğu və qırmızı xətlə axtarışda olan, kod adı "Şahin Cilo" olan PKK-lı terrorçu Abdi Fərhad Şahin ilə eyni masada əyləşməsi diqqət çəkib. Brett Makkurk bu gün də davam edəcək görüşdə İŞİD-ə qarşı aparılan mübarizə ilə əlaqəli müzakirələr aparıb.


Story Code: 637722

News Link :
https://www.islamtimes.org/az/news/637722/trampın-adamı-terrorçu-ilə-eyni-masada

Islam Times
  https://www.islamtimes.org