0
Wednesday 17 May 2017 - 15:13

Trampın adamı terrorçu ilə eyni masada

Story Code : 637722
Trampın adamı terrorçu ilə eyni masada
ABŞ prezidenti Donald Trampın İŞİD ilə mübarizə üçün yaradılan koalisiyasındakı xüsusi nümayəndəsi Brett Makkurk terrorçu ilə eyni masada əyləşib. Publika.az xəbər verir ki, nümayəndə heyəti Mosul və Ərbil səfərindən sonra Suriyanın Kobani şəhərini ziyarət edib. Kobaniyə səfər edən Makkurkun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyənin başına 4 milyon lirə mükafat qoyduğu və qırmızı xətlə axtarışda olan, kod adı "Şahin Cilo" olan PKK-lı terrorçu Abdi Fərhad Şahin ilə eyni masada əyləşməsi diqqət çəkib. Brett Makkurk bu gün də davam edəcək görüşdə İŞİD-ə qarşı aparılan mübarizə ilə əlaqəli müzakirələr aparıb.
Comment