QR CodeQR Code

Ərdoğan AŞPA-da çıxış edəcək

XezerXeber , 9 Apr 2011 12:33

IslamTimes - Türkiyənin Baş nazir aprelin 11-15-də keçiriləcək AŞ PA sessiyası çərçivəsində Fransaya gedəcək


Baş nazir Rəcəb Tayyib Ərdoğan aprelin 11-15-də Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında iştirak etmək üçün Fransaya səfər edəcək.

Turkiyə Baş Nazirlikdən verilən açıqlamaya görə, qonaq hökumət başçısı qismində sessiyada iştirakı olanlaşdırılan Ərdoğan aprelin 13-də AŞ PA-da çıxış edəcək.

Strasburq səfəri çərçivəsində Ərdoğan AŞ baş katibi Torborn Yaqland və AŞ PA prezidenti Mövlud Çavuşoğlu ilə görüşəcək və bəzi ikitərəfli görüşlər keçirəcək.

AŞ PA-nın qərarverici orqanı olan Nazirlər Komitəsinə sədrlik edən xarici işlər naziri Əhməd Davudoğlu da sessiyada iştirak edəcək. Davudoğlu aprelin 12-də AŞ PA Nazirlər Komitəsinin hesabatını təqdim edəcək.



Story Code: 64092

News Link :
https://www.islamtimes.org/az/news/64092/ərdoğan-aşpa-da-çıxış-edəcək

Islam Times
  https://www.islamtimes.org