QR CodeQR Code

75 yaşlı Gurcu bir qadın, Ermənistanın internet əlaqəsini çökdürdü

IslamTimes , 11 Apr 2011 06:32

Reporter :

İslamtimes - Günahkar olması vəziyyətində, üç ilə qədər həbs cəzası alması ehtimalı var.


islamtimes.org/az/ - Ötən həftə Gürcüstan ilə arasındakı kabellər kəsildiyi üçün Ermənistan saatlarla internetsiz qalmışdı. Bu haqda “news.am” xəbər verib.

Gürcüstan Daxili İşlər Nazirliyi, yaşlı bir təqaüdçü qadının yerdə mis dəmir-dümür axtararkən iki ölkə arasındakı fiberoptik əlaqəyə ziyan verdiyini etiraf etdiyini açıqladı.

Gürcüstanın Ksani kəndində yaşayan qadının yaşlı olduğu üçün həbssiz mühakimə olunmasına qərar verildi.

Günahkar olması vəziyyətində, üç ilə qədər həbs cəzası alması ehtimalı var.
Georgian Railway Telecom adlı şirkətə aid olan kabellər Gürcüstanın şərqinə, Ermənistana internet verir.

Ermənistanın üç internet firması həmin axşam fəaliyyətini dayandırmışdır. Yalnız gecə saatlarından sonra fəaliyyətə başlamışdı.


Story Code: 64505

News Link :
https://www.islamtimes.org/az/news/64505/75-yaşlı-gurcu-bir-qadın-ermənistanın-internet-əlaqəsini-çökdürdü

Islam Times
  https://www.islamtimes.org