QR CodeQR Code

"Buşehr" AES-i may ayında açılacaq

XezerXeber , 11 Apr 2011 07:17

IslamTimes - Əli Əkbər Salehi: “Rusiya ilə razılaşmaya uyğun olaraq, may ayının 5-10-u arası reaktorun işə salınmasının şahidi olacağıq”


İranın xarici işlər naziri Əli Əkbər Salehi “Buşer” Atom-Elektrik Stansiyasının işə salınacağı tarixi açıqlayıb. “Buşer” Atom-Elektrik Stansiyasını inşa edən Rusiyanın “Atomstroyeksport” şirkəti də yanacağın yenidən stansiyaya doldurulmasını təsdiqləyib.

Xatırladaq ki, AES-ə yanacağın doldurulmasından bir ay sonra, fevral ayında təhlükəsizlik tədbirləri ilə əlaqədar boşaldılmışdı.

Əli Əkbər Salehinin sözlərinə görə, onlar “Buşer” Atom Elektrik Stansiyasına yanacağın doldurmasına artıq başlayıblar: “Rusiya ilə razılaşmaya uyğun olaraq, may ayının 5-10-u arası reaktorun işə salınmasının şahidi olacağıq”.


Story Code: 64506

News Link :
https://www.islamtimes.org/az/news/64506/buşehr-aes-i-may-ayında-açılacaq

Islam Times
  https://www.islamtimes.org