İranın xarici işlər naziri Əli Əkbər Salehi “Buşer” Atom-Elektrik Stansiyasının işə salınacağı tarixi açıqlayıb. “Buşer” Atom-Elektrik Stansiyasını inşa edən Rusiyanın “Atomstroyeksport” şirkəti də yanacağın yenidən stansiyaya doldurulmasını təsdiqləyib.
Xatırladaq ki, AES-ə yanacağın doldurulmasından bir ay sonra, fevral ayında təhlükəsizlik tədbirləri ilə əlaqədar boşaldılmışdı.
Əli Əkbər Salehinin sözlərinə görə, onlar “Buşer” Atom Elektrik Stansiyasına yanacağın doldurmasına artıq başlayıblar: “Rusiya ilə razılaşmaya uyğun olaraq, may ayının 5-10-u arası reaktorun işə salınmasının şahidi olacağıq”.