QR CodeQR Code

Rus hakerlər Britaniya məmurlarının şifrələrini yaydı

23 Jun 2017 17:14

IslamTimes - Rus hakerlər aralarında nazirlər, səfirlər və yüksək çinli polis əməkdaşlarının da olduğu minlərlə ingiltərəli məmurun internetdə istifadə etdikləri şifrələri oğurlayıb.


Axar.az xəbər verir ki, bu barədə “Tayms” nəşri informasiya yayıb. İngilis rəsmilərinə aid şifrələrin rus haker saytlarında satıldığı, bir müddətdən sonra isə pulsuz olaraq paylaşıldığı iddia edilir. Məlumata görə, şifrələri oğurlananlar arasında 1000-ə yaxın millət vəkili və parlament işçisi, 7000 polis, 1000-dən çox diplomat var. Şifrəsi oğurlanan ən yüksək çinli şəxslər kimi Təhsil naziri Castin Qrininq və İş Enerji və Sənaye Strategiyası naziri Qrek Klark göstərilib.


Story Code: 648372

News Link :
https://www.islamtimes.org/az/news/648372/rus-hakerlər-britaniya-məmurlarının-şifrələrini-yaydı

Islam Times
  https://www.islamtimes.org