QR CodeQR Code

Qətər Türkiyəyə və İrana qarşı olan o tələbi rədd etdi

24 Jun 2017 23:48

IslamTimes - Qətər ərəb ölkələrinin tələblərini rədd edib.


Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, ölkənin xarici işlər naziri Şeyx Məhəmməd bin Abdulrahman Al-Sani tələblərin məntiqli olmadığını bəyan edib.
 
Nazir qeyd edib ki, tələblərdən heç biri terrora qarşı mübarizə ilə bağlı deyil: "Onlar istəyirlər ki, bizim müstəqilliyimiz azalsın, xarici siyasətimizdə asılılıq olsun".
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirliyi və Bəhreyin Qətərdən tələb etdiyi 13 məsələdən biri də, Türkiyənin bu ölkədəki hərbi bazasının bağlanmasıdır. Digər tələblər İranla münasibətlərin pozulması və "Əl Cəzirə" televiziyasının bağlanmasıdır.


Story Code: 648688

News Link :
https://www.islamtimes.org/az/news/648688/qətər-türkiyəyə-və-irana-qarşı-olan-o-tələbi-rədd-etdi

Islam Times
  https://www.islamtimes.org