QR CodeQR Code

ABŞ İraq və Suriyada yüzlərlə dinc sakini öldürdüyünü etiraf etdi

Deyerler , 9 Jul 2017 14:24

Islamtimes - ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) Suriya və İraqda yüzlərlə mülki vətəndaşı öldürdüyünü etiraf edib.


Deyerler.org xəbər verir ki, SKY News-un verdiyi xəbərə görə, Pentaqon iyulun 8-də yaydığı hesabatında, 2014-ci ildən etibarən Amerika və müttəfiqlərinə məxsus döyüş təyyarələrinin hücumları nəticəsində 603 mülki vətəndaşın İraq və Suriyada öldüryünü etiraf edib.

Pentaqonun hesabatında 19 aprel - 23 may 2017-ci il tarixləri arasında Amerika və müttəfiq qüvvələrinin hava hücumlarında 119 mülki vətəndaşın öldüyünü, bunların yarısının Mosulun şimalında və ya yaxın bölgələrində öldürüldüyünü bildirib.

Pentaqon, həmçinin öz hesabatında hava hücumlarının İraq və Suriyada İŞİD-in işğalındakı bölgələrə qarşı keçirildiyini iddia edib.


Story Code: 652013

News Link :
https://www.islamtimes.org/az/news/652013/abş-iraq-və-suriyada-yüzlərlə-dinc-sakini-öldürdüyünü-etiraf-etdi

Islam Times
  https://www.islamtimes.org