QR CodeQR Code

Rusiya gələn həftə ABŞ-ın cavabını verməyə hazırlaşır: Nazirlik təsdiqlədi

İslamazeri , 14 Jul 2017 23:27

Islamtimes - Obama prezident olduğu dövrdə 35 rus diplomatının tələsik göndərilməsinə səssiz qalan Rusiya rəhbərliyi, bunun cavabını yaxın günlərdə vermək fikrindədir.


İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi həftə içində Rusiya mətbuatında sözügedən mövzu ilə əlaqədar yayılan xəbərləri təsdiqləyib. Belə ki, həftə ərzində rəsmi Moskvanın 30 ABŞ diplomatını göndərəcəyi deyilirdi. Məlumata görə, ABŞ-ın cavabının növbəti həftə veriləcək.

Rəsmi Moskva xarici işlər nazirinin müavini Sergey Ryabkovun 17 iyuldakı Vaşinqton səfərinin nəticəsini gözləyəcək.

Xatırladaq ki, bu ilin yanvar ayından prezidentlik postunu Donald Trampa təhvil verən Barak Obama vəzifə müddətinin bitməsinə az qalmış 35 rus diplomatını cəsusluqda günahlandıraraq deportasiya etmişdi. Həmin dövrdə Vladimir Putin buna cavab verməyəcəklərini, yeni rəhbərliyin davranışlarını gözləyəcəklərini bildirmişdi.

Rəsmi Vaşinqton uzun müddətdir ki, Rusiyanın 8 noyabr 2016-cı il tarixində keçirilən seçkilərə müdaxilə edib-etmədiyini araşdırır.

Daha əvvəl ABŞ xüsusi xidmət orqanları qəti şəkildə Moskva tərəfindən gələn həmlənin olduğunu bir neçə dəfə bəyan edib.

Rusiya isə irəli sürülən iddiaları rədd edir.


Story Code: 653389

News Link :
https://www.islamtimes.org/az/news/653389/rusiya-gələn-həftə-abş-ın-cavabını-verməyə-hazırlaşır-nazirlik-təsdiqlədi

Islam Times
  https://www.islamtimes.org