0
Friday 14 July 2017 - 23:27

Rusiya gələn həftə ABŞ-ın cavabını verməyə hazırlaşır: Nazirlik təsdiqlədi

Story Code : 653389
Rusiya gələn həftə ABŞ-ın cavabını verməyə hazırlaşır: Nazirlik təsdiqlədi
İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi həftə içində Rusiya mətbuatında sözügedən mövzu ilə əlaqədar yayılan xəbərləri təsdiqləyib. Belə ki, həftə ərzində rəsmi Moskvanın 30 ABŞ diplomatını göndərəcəyi deyilirdi. Məlumata görə, ABŞ-ın cavabının növbəti həftə veriləcək.

Rəsmi Moskva xarici işlər nazirinin müavini Sergey Ryabkovun 17 iyuldakı Vaşinqton səfərinin nəticəsini gözləyəcək.

Xatırladaq ki, bu ilin yanvar ayından prezidentlik postunu Donald Trampa təhvil verən Barak Obama vəzifə müddətinin bitməsinə az qalmış 35 rus diplomatını cəsusluqda günahlandıraraq deportasiya etmişdi. Həmin dövrdə Vladimir Putin buna cavab verməyəcəklərini, yeni rəhbərliyin davranışlarını gözləyəcəklərini bildirmişdi.

Rəsmi Vaşinqton uzun müddətdir ki, Rusiyanın 8 noyabr 2016-cı il tarixində keçirilən seçkilərə müdaxilə edib-etmədiyini araşdırır.

Daha əvvəl ABŞ xüsusi xidmət orqanları qəti şəkildə Moskva tərəfindən gələn həmlənin olduğunu bir neçə dəfə bəyan edib.

Rusiya isə irəli sürülən iddiaları rədd edir.
Source : İslamazeri
Comment