QR CodeQR Code

İslamabaddan Amerikaya sərt etiraz

15 Apr 2011 10:22

IslamTimes - Pakistan dövləti Pakistan torpaqlarına təşkil edilmiş son hücumlara görə ABŞ-ın bu ölkədəki səfirinə ciddi etirazını bildirdi


"IslamTimes"-ın verdiyi məlumata əsasən, rəsmi İslamabad ABŞ-ın iki gün öncə Pakistan torpaqlarına hücumunu məhkum edərək, öz ciddi etirazını ABŞ-ın bu ölkədəki səfirinə çatdırıb. 

İki gün öncə ABŞ pilotsuz təyyarəsi Vəziristanın cənubuna hücum edərək hava zərbələri endirib. Bu hücum nəticəsində məntəqə əhalisindən olan 6 nəfər günahsız mülki vətəndaş həlak olub. 

Pakistan Xarici İşlər Nazirinin müavini Salman Bəşir bu mövzu ilə bağlı ABŞ-ın Pakistandakı səfiri Kameron Munterlə görüş keçirib. Görüş zamanı Salman Bəşir Amerikanın bu hücumu kəskin şəkildə pisləyərək, onu məhkum edib. 

Salman Bəşir sözlərinin davamında bu hücumların ağır sonluqlarla nəticələnəcəyini və terrorizmin genişlənməsinə səbəb olacağını bildirib.


Story Code: 65418

News Link :
https://www.islamtimes.org/az/news/65418/islamabaddan-amerikaya-sərt-etiraz

Islam Times
  https://www.islamtimes.org