0
Friday 15 April 2011 - 10:22

İslamabaddan Amerikaya sərt etiraz

Story Code : 65418
İslamabaddan Amerikaya sərt etiraz
İslamabaddan Amerikaya sərt etiraz
"IslamTimes"-ın verdiyi məlumata əsasən, rəsmi İslamabad ABŞ-ın iki gün öncə Pakistan torpaqlarına hücumunu məhkum edərək, öz ciddi etirazını ABŞ-ın bu ölkədəki səfirinə çatdırıb. 

İki gün öncə ABŞ pilotsuz təyyarəsi Vəziristanın cənubuna hücum edərək hava zərbələri endirib. Bu hücum nəticəsində məntəqə əhalisindən olan 6 nəfər günahsız mülki vətəndaş həlak olub. 

Pakistan Xarici İşlər Nazirinin müavini Salman Bəşir bu mövzu ilə bağlı ABŞ-ın Pakistandakı səfiri Kameron Munterlə görüş keçirib. Görüş zamanı Salman Bəşir Amerikanın bu hücumu kəskin şəkildə pisləyərək, onu məhkum edib. 

Salman Bəşir sözlərinin davamında bu hücumların ağır sonluqlarla nəticələnəcəyini və terrorizmin genişlənməsinə səbəb olacağını bildirib.
Comment