QR CodeQR Code

Sionist rejim əsgərləri namaz qılan fələstinlilərə hücum etdi, Əqsa məscidinin xətibi və 30-dan çox fələstinli yaralandı

Maide , 19 Jul 2017 16:18

İslamtimes - Sionist İsrail rejiminin əsgərləri ötən gecə əl-Əqsa məscidi önündə namaz qılan fələstinlilərə hücum edib.


Maide.İnfo beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, sionist hərbçiləri əl-Əqsa məscidinin Əl-Əsbat qapısı yanında 3000-dən çox insanın iştirakı ilə axşam namazı qılan fələstinlilərə hücum edib.

Fələstin Qırmızı Aypara Cəmiyyəti bildirib ki, işğalçı rejim əsgərlərinin hücumu zamanı Məscid-Əqsanın xətibi Şeyx Akrama Sabri və 30-dan çox namaz qılan fələstinli yaralanıb.

Yaralılardan 14 nəfər Qüdsdəki müxtəlif xətəsxanalara çatdırılıb. Onlardan bəzisinin durumu ağırdır. 20 nəfər isə ambulator müalicədən sonra evə buraxılıb.

Məlumata görə, işğalçı rejim qüvvələri bir neçə fələstinli gənci həbs edib.


Story Code: 654568

News Link :
https://www.islamtimes.org/az/news/654568/sionist-rejim-əsgərləri-namaz-qılan-fələstinlilərə-hücum-etdi-əqsa-məscidinin-xətibi-və-30-dan-çox-fələstinli-yaralandı

Islam Times
  https://www.islamtimes.org