QR CodeQR Code

Hakimiyyət müxalifəti hədələdi

15 Apr 2011 23:09

IslamTimes - Aprelin 17-də paytaxtın Sahil bağında mitinq keçirəcəyini elan edən İctimai Palatanın mitinq komitəsinin üzvləri Asəf Quliyev (AXCP), Hüseyn Məlik (Müsavat), Əli Orucov (AMİP) və Fikrət Cəfərov (KXCP) aprelin 15-də Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunublar


Onları Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev, Bakı şəhər prokurorunun müavini Qənimət Səfərov və paytaxt prokurorluğunun idarə rəisi Arif Pənahov qəbul edib.
Əli Orucov “Media forum” saytına açıqlamasında deyib ki, paytaxtın hüquq mühafizə orqanlarının nümayəndələri İctimai Palatanın mitinqinin Bakı Şəhər İcra Hakimiyyətinin icazə verdiyi yerdə - Səbail rayonunun 20-ci sahə yaşayış massivində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada keçirilməsini təklif ediblər: “Onlar bildirdilər ki, meriyanın icazə vermədiyi yerdə mitinq keçirilməsinin qarşısı alınacaq və baş verənlərə görə təşkilatçılar məsuliyyət daşıyacaq. Biz isə bildirdik ki, sərbəst toplaşmaq, mitinq keçirmək hər bir vətəndaşın konstitusion hüququdur. Baş verəcək hadisələrə görə isə hakimiyyət və hüquq mühafizə orqanları məsuliyyət daşıyacaq”. /Musavat/


Story Code: 65515

News Link :
https://www.islamtimes.org/az/news/65515/hakimiyyət-müxalifəti-hədələdi

Islam Times
  https://www.islamtimes.org