QR CodeQR Code

Barzaniyə xəbərdarlıq: Kürdüstan İraq torpaqlarından qoparıla bilməz!

Islamazeri , 6 Aug 2017 15:22

İslamtimes - "İraq Əsaibi Əhlil-Haqq" hərəkatının siyasi büro səlahiyyətlisi Kurdüstanın İraq torpaqlarından ayrılması mövzusunda edilməsi istənilən referendum məsələsində Barzaniyə xəbərdarlıq edib.


İslamazeri.com-un "Kurdpress"ə istinadəm verdiyi xəbərə görə ,dünən İraqın Kürdüstan bölgəsinin başçısı Məsud Barzaniyə referendum mövzusunda xəbərdarlıq edən "İraq Əsaibi Əhlil-Haqq" hərəkatı siyasi büro səlahiyyətlisi Adnan Fican İraqın ərazi bütövlüyünün qorunmasının İraq hökumətinin vəzifəsi olduğunu və qətiyyən bu regionu Barzaniyə hədiyyə etməyəcəklərini bildirib.

Səlahiyyətli Bağdad rəhbərliyinin bu məsələdə qətiyyən güzəştə getməyəcəyini və təcili olaraq tələsik təşəbbüslərdən imtina edilməsini istəyərək ərəblərin sözügedən referenduma qatılmayacaqlarını bildirib.

Daha əvvəl də İraq parlamentində türkmənlərin nümayəndəsi Casim Məhəmməd Cəfər Barzani yerli rəhbərliyinin konstitusiyaya diqqət etmədən bölgə xalqına referendumu zorla etdirmək istəməsinin odla oynamaq demək olduğunu, İraq Baş naziri Heydər əl-Abadinin kürdlərin bu cəhdini əngəlləmək üçün bütün variantlardan istifadə edəcəyini bildirib.


Story Code: 659016

News Link :
https://www.islamtimes.org/az/news/659016/barzaniyə-xəbərdarlıq-kürdüstan-iraq-torpaqlarından-qoparıla-bilməz

Islam Times
  https://www.islamtimes.org