0
Sunday 6 August 2017 - 15:22

Barzaniyə xəbərdarlıq: Kürdüstan İraq torpaqlarından qoparıla bilməz!

Story Code : 659016
Barzaniyə xəbərdarlıq: Kürdüstan İraq torpaqlarından qoparıla bilməz!
İslamazeri.com-un "Kurdpress"ə istinadəm verdiyi xəbərə görə ,dünən İraqın Kürdüstan bölgəsinin başçısı Məsud Barzaniyə referendum mövzusunda xəbərdarlıq edən "İraq Əsaibi Əhlil-Haqq" hərəkatı siyasi büro səlahiyyətlisi Adnan Fican İraqın ərazi bütövlüyünün qorunmasının İraq hökumətinin vəzifəsi olduğunu və qətiyyən bu regionu Barzaniyə hədiyyə etməyəcəklərini bildirib.

Səlahiyyətli Bağdad rəhbərliyinin bu məsələdə qətiyyən güzəştə getməyəcəyini və təcili olaraq tələsik təşəbbüslərdən imtina edilməsini istəyərək ərəblərin sözügedən referenduma qatılmayacaqlarını bildirib.

Daha əvvəl də İraq parlamentində türkmənlərin nümayəndəsi Casim Məhəmməd Cəfər Barzani yerli rəhbərliyinin konstitusiyaya diqqət etmədən bölgə xalqına referendumu zorla etdirmək istəməsinin odla oynamaq demək olduğunu, İraq Baş naziri Heydər əl-Abadinin kürdlərin bu cəhdini əngəlləmək üçün bütün variantlardan istifadə edəcəyini bildirib.
Source : Islamazeri
Comment