QR CodeQR Code

İsveçdə silahlı hücum: 4 nəfər yaralandı

Musavat , 13 Oct 2017 15:17

İslamtimes - İsveçin Trelleborg şəhərində silahlı hücum olub.


Hadisə nəticəsində 4 nəfər yaralanıb. Məlumata görə, hadisə şəhər mərkəzində baş verib. Kimliyi məlum olmayan silahlı şəxs və ya şəxslər şəhər mərkəzində atış açıb. Polis sözçüsü Fredrik Brett 4 nəfərin yaralandığını, onların xəstəxanaya aparıldığını açıqlayıb. Yaralıların vəziyyəti barədə məlumat verilməyib.

Hadisə yerində təhlükəsizlik tədbirləri artırılıb, silahlı şəxs və ya şəxslərin tutulması üçün genişmiqyaslı əməliyyat başladılıb. İsveçin TT xəbər agentliyinə danışan hadisə şahidi 6 dəfə silah səsi eşitdiyini, bundan sonra insanların təlaşla qaçmağa başladığını deyib


Story Code: 676287

News Link :
https://www.islamtimes.org/az/news/676287/isveçdə-silahlı-hücum-4-nəfər-yaralandı

Islam Times
  https://www.islamtimes.org