QR CodeQR Code

“Misir və İsrail ABŞ-ı İranı bombalamağa məcbur edirdi” – Con Kerri

Nur.az.com , 29 Nov 2017 23:48

İslamtimes - “Misir və İsrail 2015-ci ildə ABŞ prezidenti Barak Obama hakimiyyətini İranı bombalamağa məcbur edirdi”.


“Report” “Haber7″yə istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Con Kerri Vaşinqtonda keçirilən toplantıda bildirib.

“Misir və İsrail Tehranla 2015-c il iyulun 15-də İranın nüvə proqramına dair Əhatəli Razılaşma sənədi imzalanmazdan əvvəl bir çox kral və dövlət başçısı ABŞ-a “İranın anlayacağı yeganə dil bombalama” olduğunu təklif edirdi. İsrailin baş naziri Benyamin Netanyahu İrana hücum etmək üçün ABŞ-ı təxirabata çəkirdi. Bunun tələ olduğunu düşünürdüm. İranın 10-15 ilə nüvə silahı əldə edib-etməyəcəyini bilmirəm. Ancaq 2015-ci ildə imzalanan razılaşma ABŞ-ın əldə edə biləcəyi anlaşmadır”, – keçmiş dövlət katibi vurğulayıb.

Qeyd edək ki, 2015-c il iyulun 15-də İranın nüvə proqramı ilə bağlı ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya, Çinlə Tehran hakimiyyəti arasında Əhatəli Razılaşma sənədi imzalanıb.


Story Code: 686648

News Link :
https://www.islamtimes.org/az/news/686648/misir-və-israil-abş-ı-iranı-bombalamağa-məcbur-edirdi-con-kerri

Islam Times
  https://www.islamtimes.org