QR CodeQR Code

Hizbullahın qələbələri İsraili narahat edir

Nur.az.com , 2 Dec 2017 20:21

Islamtimes - “Hizbullah hərəkatının qələbələri İsrail üçün narahatlıq yaradır”.


İngiltərənin “Reuters” qəzeti İŞİD terror qrupunun Suriya və İraqda məğlubiyyətini araşdıraraq yazıb: “Hizbullah hərəkatının qələbələri İsrail üçün narahatlıq yaradır”.
Araşdırmanın əvvəlində SEPAH-ın Qüds qüvvələri komandiri general Qasim Süleymaninin İŞİD-in məğlubiyyəti ilə bağlı İran İslam İnqilabının Böyük Rəhbərinə məktubuna işarə edilərək deyilir: “İran İraq və Suriyada İŞİD üzərində qələbəni elan edərkən Hizbullahın əsas və qüdrətli rolunu təqdir etdi”.
Reuters Hizbullahın 2011-ci ildən ərəb ölkələrinin yaxasından yapışmış böhrandan qələbə ilə çıxmasını diqqətə çəkərək yazıb: “Hizbullahın gücünün artması İsrail, ABŞ və Ərəbistanın narahatlığını pik həddə çatdırıb”.
Təhlilin davamında vurğulanır: “İsrail İran və Hizbullahın Suriyada daimi bazalar yaradacağından qorxur və İrana qarşı hərbi əməliyyatlar başlanmasını istəyir. Hizbullahın daha da güclənməsindən sonra İsraillə müharibə artıq qaçılmaz olub və gec-tez bu hadisə baş verəcək”.


Story Code: 687270

News Link :
https://www.islamtimes.org/az/news/687270/hizbullahın-qələbələri-israili-narahat-edir

Islam Times
  https://www.islamtimes.org