0
Saturday 2 December 2017 - 20:21

Hizbullahın qələbələri İsraili narahat edir

Story Code : 687270
Hizbullahın qələbələri İsraili narahat edir
İngiltərənin “Reuters” qəzeti İŞİD terror qrupunun Suriya və İraqda məğlubiyyətini araşdıraraq yazıb: “Hizbullah hərəkatının qələbələri İsrail üçün narahatlıq yaradır”.
Araşdırmanın əvvəlində SEPAH-ın Qüds qüvvələri komandiri general Qasim Süleymaninin İŞİD-in məğlubiyyəti ilə bağlı İran İslam İnqilabının Böyük Rəhbərinə məktubuna işarə edilərək deyilir: “İran İraq və Suriyada İŞİD üzərində qələbəni elan edərkən Hizbullahın əsas və qüdrətli rolunu təqdir etdi”.
Reuters Hizbullahın 2011-ci ildən ərəb ölkələrinin yaxasından yapışmış böhrandan qələbə ilə çıxmasını diqqətə çəkərək yazıb: “Hizbullahın gücünün artması İsrail, ABŞ və Ərəbistanın narahatlığını pik həddə çatdırıb”.
Təhlilin davamında vurğulanır: “İsrail İran və Hizbullahın Suriyada daimi bazalar yaradacağından qorxur və İrana qarşı hərbi əməliyyatlar başlanmasını istəyir. Hizbullahın daha da güclənməsindən sonra İsraillə müharibə artıq qaçılmaz olub və gec-tez bu hadisə baş verəcək”.
Source : Nur.az.com
Comment